Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ali Kaan Orbayı qəbul edib.
ELAZ.İNFO xəbər verir ki, Prezident Sarayında baş tutan görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə obyektinə çevrilib.
Tərəflər ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, Cənubi Qafqazda gedən proseslər və regionda sabitlik və sülhün təşviqində Gürcüstan və Türkiyənin oynadığı mühüm rol da diqqət mərkəzində olub. Gürcüstan Prezidenti Türkiyə Respublikasının Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı və prinsipial dəstəyə görə səfir cənab Ali Kaan Orbaya təşəkkürünü bildirib.
ELAZ.İNFO