ELAZ.İNFO xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Finlandiyanın xarici işlər nazirini Tbilisinin əsas küçəsi olan Rustaveli küçəsində keçirilən Aİ-yönlü, hökumət əleyhinə aksiyaya dəstək verdiyinə görə cərimələyib.
Valtonen daha sonra sosial şəbəkədə Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə cavab verib və onu Finlandiyaya dəvət edib:
-“Gürcüstanın gələcəyini ancaq gürcü xalqı müəyyən edə bilər. Bunun üçün ifadə azadlığı və ədalətli seçkilər vacibdir. Mən ATƏT sədri kimi sizi Finlandiyaya dəvət edirəm, azad mətbuatla görüşə və istədiyiniz nümayişi izləyə bilərsiniz”.
Günel GÜNTAC