Günlərlə ac-susuz yol gedib, silahları əsgərlərə çatdırıblar

Türkiyədə Kastamonudan Ankaraya gedən tarixi bir yol var. İstiqlal yolu deyirlər

Tanınmış jurnalist Rəsul Mirhəşimli ELAZ.İNFO-ya bildirir ki,İstiqlal savaşı zamanı kastamonulu qadınlar Ankaraya doğru uzanan İstiqlal yolu ilə Ankaraya silah daşıdığından bu yol adını oradan alıb. O xanımlar günlərlə ac-susuz yol gedib, amma silahları əsgərlərə çatdırıblar”.

Rəsul Mirhəşimli qeyd edir ki, “Kastamonu İstiqlal savaşı zamanı işğal olunmayan, lakin Türkiyənin ən çox şəhid verən bölgəsi olub. “Çanaqqala içində aynalı çarşı” türküsü də bu yörənindir.

15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı əliyalın FETÖ terrorçularının tankları üzərinə gedənlər də bu cəsur anaların övladları, nəvə-nəticələri idi”.

Allah terrora qarşı igidlikliklə savaşıb canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Rəsul MRHƏŞİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights