İranın normal dövlət olması üçün iki güc mərkəzinin ortasında qalmaqdan çıxmalı, Güney Azərbaycanlılar hakimiyyətini bərpa etməlidir! Müasir İran dövləti, ingilis cəsuslarının öz maraqları üçün yaratdıqları bir millətçi rejimdir. Yəni İran, xain siyasətlə farslaşdırılan tarixi Azərbaycan dövlətidir. Bu rejim 1925 ci ildə yaradılıb. 1979 cu ildə bu rejimə “İslam” masqasını taxdılar və İran xalqını 300 il geriyə atdılar. 47 ildir dini fanatiq təbliğ olunur, xalq əzab çəkir. 47 ildir İran heç bir müsəlman dövləti ilə müttəfiq olmayıb. Guya bu islam dövlətidir. Amma əslində Rusiyanin və ABŞ, İngiltərə, qərbin əlində “alət” dövlət olaraq istifadə olunub. Bu güc mərkəzləri İranı hərə öz tərəfinə çəkib ondan istifadə edərək daha da güclü olmaq üçün məkirli, gizlin siyasət aparıblar. Bu gün də bu siyasət davam edir. Uzun illər Rusiya İrana elə “məsləhət”lər edib ki, İran özünü müstəqil dövlət olduğunu zənn edib. Bu işdə işləməyən beynəlxalq qanunlar da Rusiyaya kömək edib. Əslində Rusiya öz geostrateji şahmat oyununda rəqibi ABŞ, İngiltərə, qərbi çətin vəziyyətə salaraq mübarizəsini aparıb. Bu geosiyasi və ya başqa sözlə desək imperialist müharibə 300 il, 500 il əvvəl də amansızlıqla aparılıb, bu gün də davam edir. Təxminən 300 il əvvəl dünyaya hökm edən Türk dövlətləri, açıq döyüşdə yox, xain, gizlin, yumşaq hibrid, ideoloji, informasiya müharibələri ilə yox edilib. Hindistan Babur Türk dövləti, Qacarlar dövləti, Osmanlı dövləti və bu gün Rusiya ərazisində olan qədim Türk dövlətlərini, Qızıl orda dövlətləri yox edilib. Bu ona görə mümkün olub ki, Türk dövlətləri bilmədikləri bir müharibə ilə üzləşiblər. İdeoloji, İnformasiya və yumşaq hibrid müharibələrindən xəbərsiz olan Türk dövlətləri bir-bir dünya xəritəsindən silinib. Ən dəhşətlisi isə odur ki, təxminən 200 ildir bütün Türk xalqlarının tarixi bilərəkdən saxtalaşdırılıb.1944 cü ildən 1960 cı ilə qədər SSRİ ərazisində olan böyük Türk xalqlarının tarixi saxtalaşdırıldı. Tarix kitablarında Türk sözü Monqol sözü ilə əvəz olundu. Skiflər farslara aid edildi. Qacarlar dövlətində də 1800 cü ildən başlayaraq bu coğrafiyanın tarixini saxtalaşdırıb farsların ayağına yazdılar. Türklərə qarşı təzyiqlərlə bərabər tarixləri də saxtalaşdırılıb. Bu gün İranda Türklərin beş min illik dövlətçilik tarixi farslara aid edildi. Uzatmadan qeyd edim ki, bu gün İran xalqının nicat yolu Güney Azərbaycan Türklərinin hakimiyyətini bərpa etməsindədir! Əks halda yaxın şərqi və bütün dünyanı geosiyasi müharibələr fəlakətə aparacaq!
Tahir Ələkbərov