Güney Azərbaycan hakimiyyətini mütləq bərpa etməlidir

ELAZ.İNFO

Müasir İran millətci rejim çöksə, İran yenidən Azərbaycan Türk dövləti olacaq! Güney Azərbaycan xain siyasətlə əllərindən alınan (1925) hakimiyyətini bərpa edəcək! Müasir İran, xarici güclərin öz məqsədləri üçün Türk dünyasına qarşı apardıqları böyük siyasət nəticəsində bir “alət” olaraq yaradılan “dövlət”dir. İran yarandığı gündən bu günə qədər ya İngiltərə, qərb, ABŞ güc mərkəzinin ya da, Rusiyanın təsiri altında olub. Ona görə də İran heç vaxt heç bir müsəlman ya da bir Türk dövləti ilə strateji müttəfiq olmayıb. Bu gün də belədir. İki böyük geosiyasi güc olan Rusiya və ABŞ, İngiltərə,qərb hər zaman İran millətçi rejimi öz tacir altına salmaq üçün bir-birlərilə mübarizə aparıblar. Bu gün də İranda gedən müharibə, İranı təsir zonasına salmaq uğrunda bu iki güc arasında gedən ənənəvi müharibənin davamıdır. Son bir neçə on il İran Rusiyanin təsiri altındadır. Ona görə də ABŞ bəhanə tapıb bu rejimi öz tərəfinə çəkmək üçün cəht edir. ABŞ 1925 ci ildə əlindən alınan Güney Azərbaycanın hakimiyyətini bərpa olunmasını istəmir. Əgər əvvəlcədən ABŞ və ya digər güc mərkəzi Güney Azərbaycana yardım edib, hakimiyyətlərini bərpa olunmasına səbəb olsalar, qalıb gələ biləcəklər və özlərinə etibarlı, güclu müttəfiq qazanarlar. Amma bunu etmirlər. Çünki, yenidən bu çografiyada böyuk Türk dövlətinin olmasını istəmirlər. Çünki, Türk dövləti heç vaxt oyuncaq dövlət olmaq istəmir. Rusiya isə heç istəməz ki, Güney Azərbaycan hakimiyyətini bərpa etsin. Ona görə ki, bu hadisə Rusiya tərkibində olan bütün Türk xalqlarının azadlıq mübarizəsinə yeni qüvvətli təkan olar. Bu isə Rusiya Federasiyasının sürətlə dağılmasına səbəb olar. Ona görə Rusiya da İranda millətci rejimin dağılmasını istəmir. Bir həqiqət də var ki, İranda Türklər hakimiyyətə gəlməsə, İran xalqları hər zaman bu iki gücün mübarizəsi nəticəsində əziyyət çəkəcəklər. İran dövlətinin hətta nüvə silahı olsa da, o yenə də oyuncaq dövlət olacaq. Bu iki ənənəvi rəqiblər İrana heç zaman özlərinə bərabər gücdə müstəqil dövlət olmaq imkanı verməyəcəklər. İranın inkişafı və müstəqilliyi yalnız bu güclərin təyin etdiyi həddə qədər olacaq. Ona görə də İranda Güney Azərbaycan hakimiyyətini mütləq bərpa etməlidir! Bu halda İran dövləti butün dövlətlərlə, bütün güc mərkəzləri ilə dost və müttəfiq olacaq! İran gerçəkdən də müstəqil və qüdrətli dövlət olacaq! İran xalqları geosiyasi mübarizələrdə obyekt olub əziyyət çəkməyəcəklər, onlar bərabərhüquqlu, xoşməxt yaşayacaqlar!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights