Güney Azərbaycanın milli kimliyinə edilən qəsd

ELAZ.İNFO xəbər verir ki, 17 dekabr 1946-cı il Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində türk dilində olan kitablar yandırılıb.

Bu hadisə Milli Hökumətinin süqutundan sonra baş verib.

Milli Hökumət devrildikdən sonra fars rejimi Azərbaycan şəhərlərinə qırğın törətməklə yanaşı, türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başlayıblar.

Həmin gün Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olan kitabları toplayaraq məhv ediblər.

O hadisənin üstündən 79 ildən çox keçməsinə baxmayaraq, bu gün də İranda türk dili və mədəniyyətinə qarşı oxşar münasibət başqa formada davam etdirilir.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights