Güney Azərbaycan öz hakimiyyətini bərpa edəcək

ELAZ.İNFO

Müasir İran dövləti 15 dekabr 1925 çi ildə İngilis cəsusları tərəfindən farslaşdırılıb Farslara verilən Tarixi Azərbaycan dövlətidir. Artıq 99 ildir İngilis cəsuslarının tarix uydurub yazdığı bu fars millətçi rejim, xarici güclərin yardımı ilə mövcuddur. Bilmək lazımdır ki, gözəl, şirin dilli Fars milləti öz ağlı, cəsarəti, qəhrəmanlıği ilə illərlə döyüşüb qan töküb dövlət qurmayıblar. İngilis cəsuslarının köməyi ilə sadəcə Azərbaycan dövləti olmuş Qacarlar dövlətində hakimiyyəti məkirli siyasətlə əla alıblar. 1925 ci ildən 1936 cı ilə qədər dövlətin adını “Birləşmiş Əyalətlər” kimi, federasiya şəklində olub. Qacarlar kimi saxlaya bilmazdilər. Çünki Qacarlar Azərbaycan Türklərinin dövləti idi. 1936 çi ildə İngilis agaları Rza “Şah”a əmr etdilər O da bir fərman verdi və ilk dəfə dövlətin adı rəsmi olaraq İran kimi qoydu. Xarici məkirli güclər tərəfindən yaradılan İran millətçi Fars dövlətini yaratmaqda İngiltərənin əsas məqsədi bu olub ki, bu məkanda güclü Türk dövləti olmasın. Özləri üçün oyuncaq Fars millətçi “dövlət’i olsun. Beləliklə 99 ildə İranın bütün siyasəti xarici güclər tərəfindən idarə olunub. Bu gün də belədir. Gördüklərimiz ancaq xarici bər-bəzəkdir. Sadəcə görüntüdür. Məna, mahiyyət budur! Ona görə də bu 99 ildə İran heç vaxt bir Türk və ya bir müsəlman dövlətilə müttəfiq olmayıb. Iranın müttəfiqləri hər zaman İngiltərə, ABŞ, Almaniya, Fransa, Ermənistan, Rusiya olub. Təəssüf olsun ki, bu gün də bu belədir. İran yalnız Güney Azərbaycan öz hakimiyyətini bərpa edəndən sonra tam müstəqil olacaq! İran xalqları da bu zaman tam azad və xoşbəxt olacaqlar!

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights