Gündəlik 20 dəqiqəlik idman stressin qənimidir: ABŞ alimlərindən yeni araşdırma

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Binghamton Universitetinin tədqiqatçıları stressə qarşı dözümlülüyü artıran əsas amilləri müəyyən ediblər. Araşdırma göstərir ki, təkcə idman deyil, həm də qidalanma vərdişləri psixoloji sağlamlığımızda həlledici rol oynayır.

Tədqiqat qrupunun rəhbəri Lina Beqdaç və onun həm müəllifi Aleksandr Talkaçov 400-dən çox tələbə arasında sorğu keçirərək aşağıdakı nəticələrə gəliblər: Gündəlik idman: Hər gün ən azı 20 dəqiqə fiziki aktivliklə məşğul olmaq stressə qarşı birbaşa qalxan yaradır. səhər yeməyi: Həftədə ən azı 5 dəfə səhər yeməyi yemək psixoloji dözümlülüyü artırır Fasta-fud məhdudiyyəti: Həftədə 3 dəfədən çox olmayaraq sürətli qidalar qəbul etmək bədənin adaptasiya qabiliyyətini qoruyur. Omeqa-3 dəstəyi: Həftədə 4 və ya daha çox dəfə balıq yağı qəbulu yüksək dözümlülüklə əlaqələndirilir. Təhsil: Ali təhsil almaq və intellektual fəaliyyət də dolayı yolla stresslə mübarizə bacarığını inkişaf etdirir.

Alimlər stressə davamlılığın əsasında “psixoloji çevikliyin” dayandığını bildirirlər. Bu, insanın öz düşüncələrini, duyğularını və davranışlarını dəyişən situasiyalara balanslı və konstruktiv şəkildə uyğunlaşdırmaq bacarığıdır. Düzgün qidalanma və yuxu rejimi beynin bu adaptasiya prosesini daha rahat idarə etməsinə kömək edir.

Araşdırmada maraqlı bir məqam da qeyd olunur: az miqdarda alkoqol qəbulu və düzgün rejim stressə dözümlülüyə müsbət təsir göstərə bilər, lakin burada əsas şərt balansın qorunmasıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights