Sağlam yaşamaq üçün hər gün məhz 10 min addım (~7 km) atmaq ideyasını əslində həkimlər yox, marketoloqlar düşünüblər.
1965-ci ildə Yaponiyada dünyanın ilk addımölçəni ixtira edildi. Manpo-kei adlanan və saata oxşayan bu qurğu qurşağa bərkidilir və addımları sayırdı. Bəs niyə 10 min addım sağlamlıq etalonu kimi qəbul edildi?
Manpo-kei üçün marketoloqlar asanlıqla yadda qalan yaxşı sloqan tapmışdılar: “100 il yaşamaq istəyirsən? Gündə 10 min addım at!”
“10 min” sözü məhz yapon heroqlifi sayəsində yaranmışdı. Məsələ burasındadır ki, yaponca “10 min” sözü 万 (Man) heroqlifi ilə yazılır. Bu heroqlifi marketoloqlar ona görə seçmişdilər ki, o vizual olaraq yeriyən adama oxşayır və qurğunun siferblatında (adında) effektiv görünürdü.
Yapon dilində Manpo – 10 min addım, kei – sayğac deməkdir.
Sonradan bu ideyanı digər şirkətlər də tibbi fakt kimi qəbul etdilər və gündə 10 min addım insanların beynində “otuzduruldu”. Lakin müasir tədqiqatlar göstərir ki, orqanizmin normal fəaliyyəti üçün gündəlik addım sayı 7-15 min aralığında ola bilər.
Asif ŞƏFƏQQƏTOV