ELAZ.İNFO xəbər verir ki, Ermənistandakı Rusiyaya məxsus hərbi baza üzündən qızğım mübarizə gedir.
Gümrüdə yerləşən 102-ci hərbi bazanın orada qalmasını və qalmaması üçün aksiyalar təşkil edilib.
Ötən həftənin şənbə günü “Respublika uğrunda” partiyasının lideri Arman Babacanyan və komandası hərbi bazanın çıxarılması tələbi ilə aksiya keçirib. Etirazçılar Rusiya bazasının mövcudluğunu Ermənistanın müstəqilliyinə təhdid adlandırıblar.
Bu aksiyanın hakimiyyətin dəstəyi ilə təşkil edildiyi sirr deyil. “Hraparak” nəşri də iddia edir ki, aksiya iştirakçıları Gümrüyə kənardan gətirilib
Eyni gündə hərbi bazanın saxlanılması tələbi ilə də aksiya təşkil olunub.
Hakim “Mülki müqavilə” fraksiyasının üzvləri bazanın lehinə keçirilən aksiyanı tənqid edib. Gümrü şəhərinin rəhbərliyini “Putinçilər” adlandırıb, eləcə də “Gümrünü Rusiya vilayətinə çevirməkdə” ittiham ediblər.
Ermənistan mediasının məlumatları təsdiq edir ki, hazırda Gümrüdə gərgin atmosfer davam edir.
N.B