Gülzar İbrahimova ilə görüş keçirildi

ELAZ.İNFO xəbər verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Neftçala və Biləsuvar rayon Heydər Əliyev Mərkəzlərində görkəmli uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib. Görüşdə məktəblilər, oxucular, mədəniyyət işçiləri və ictimaiyyət iştirak edib.

Tədbirdə uşaqlar bir-birindən maraqlı çıxışlar ediblər.

Çıxış edən yazıçı Gülzar İbrahimova uşaqlara həsr etdiyi bədii ədəbiyyat nümunələrini səsləndirib.

Görüş çərçivəsində yarışlar təşkil olunub və qalib uşaqlara kitablar hədiyyələr verilib.

Sevinc Qasımova

Bizimlə oxuyun
Verified by MonsterInsights