Göz yaşları içində kömək istədi

ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki, İsrail əsilli türk vokal sənətçisi Linet konsertindən əvvəl çıxış etməli olduğu məkanda etiraza məruz qalıb. Bir qrup şəxs konsertin keçiriləcəyi məkana gələrək etirazlarını bildiriblər. Linet konserti ləğv etdi və arxa qapıdan çıxdı.
Sosial media hesabında göz yaşlarını saxlaya bilmədiyi videonu yayımlayan Linet kədərini və həyatı üçün qorxusunu dilə gətirib.
-“Axşamınız xeyir. Sizə çox çətin vəziyyətdə müraciət edirəm. Hazırda səhnə arxasındayam və hazırlaşıram. Bəlkə məni eşidirsiniz, çöldə məni etiraz edirlər. Mən çox əsəbləşirəm və həyatım üçün heç bir təhlükəsizliyim yoxdur.

Sizdən xahiş edirəm, mənə dəstək olun.

Mən Türkiyə vətəndaşıyam, sənətçiyəm və bu günə qədər yalnız səsimlə var olmuşam. Cənab Prezident, xanım Əminə Ərdoğan, lütfən, mənə dəstək olun”-deyərək kömək istəyib.

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights