Göylərə baş çəkən -Göyəzən Qalası

Elaz.info xəbər verir ki, “Türk etnoqrafiyasının coğrafi izləri” layihəsi çərçivəsində Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyi və Artefakt Ovçuları – Oxotniki za Artefaktami vətəndaş təşəbbüsü qrupu, Avey Dpvlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə daxil olan Göyəzən Qalasına səfər təşkil olunub.

Abidə haqqında məlumat:

Qazaxın Göyəzən dağının ətəyində, təbiətə sanki sinə gərmiş kimi yüksələn Göyəzən qalası, Azərbaycanın az tanınan, lakin dərin tarixi izlər daşıyan abidələrdən biridir.

Alim və tədqiqatçılar tərəfində bu qala IX–XIII əsrlərə aid edilir və ehtimal olunur ki, bölgəni qorumaq məqsədilə inşa olunmuşdur.

Qalanın yerləşdiyi yer — həm yüksəklik, həm əraziyə nəzarət baxımından strateji üstünlüklərə malikdir.

Burada aparılan tədqiqatlar nəticəsində keramik parçalar, tikinti materialları və bəzi sadə məişət əşyaları tapılmışdır.

Yerli əhali arasında Göyəzən qalası ilə bağlı müxtəlif rəvayətlər dolaşır. Onların birinə görə, qalanın içində gizli yollar və su anbarları olub, bu da mühasirə zamanı qalanın daha uzun müddət tab gətirməyin köməklik edib.

Təəssüf ki, qala bu günə qədər geniş şəkildə konservasiya edilməyib. Lakin yerli bələdçilər və tədqiqatçılar üçün bu məkan hələ də canlı muzeydir.

Ekspedisiyanın təşkili və abidələr haqqında geniş məlumat verdikləri üçünx Avey Dpvlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və xüsusilə, Musa Mursaqiliyevə dərin minnətdarlığımızı bildiririk.

Sabit COCULU

Bizimlə oxuyun
Verified by MonsterInsights