Joldoshov Akılbek Abdulla oğlu 1973-cü ildə Batken vilayətinin Kadamjay rayonunun Qızıl-Bulak kəndində anadan olub.
1980-1990-cı illərdə Moldo Niyaz adına orta məktəbi bitirib.
1991-1997-ci illərdə Oş Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.
1993-1995-ci illərdə qiyabi şöbəyə köçürülərək, Moldo Niyaz adına məktəbdə coğrafiya müəllimi işləyib. Bundan əlavə, şəxsi bizneslə də məşğul olur.
Hazırda o, “Qırğız Şair-Yazıçıları” İctimai Fondunun üzvü, Fondun Batken vilayəti üzrə koordinator müavinidir.
ANA DİLİ
Yüz illərdir bablarım saxlayıb gətirib,
Ululardan uludur qocaman dilim mənim.
Bəxş etdi türklərə hər cür istedad
Ayandır ki, Kırğızıma bu gözəl dili verdi.
Yeddi gün durmamadan Manas söylədi,
Söz söyləyib, şeir deyən, şan yaradan
“Salam” – deyib hər yana məktub göndərdi,
Dost, doğma gözlədi Qırğız hər tərəfdən.
Asta səslə Qırğız atam söylədi,
Göy üzündə aydı, gündü,
Birləşin, qulaq verin, dinləyin, qalın
Yer üzündə canlılar çox müxtəlifdi.
Bağdı, xasiyyətdi öz ana dilim,
Ulusu saxladı əsrlər boyu.
Ənənə, mədəniyyət, örpdü,adətdi,
Kökündən alıb gəlir elim bu gün.
Unutsa bir ulus öz ana dilin
İtirər özünün məğrurluğunu.
Dildə milli dəyər olmadan sonra,
İtirər sonadək öz doğma elin.
Özünün ana dilini bilməyənlər,
Özünün dilində danışmayanlar.
Unudub namusu, arı, eldə hörməti,
Qul kimi yaşayıbir gün görərlər.
Qırğız dili ulu dildir-deyirəm,
Öz dilimdə söyləyirəm, xoşbəxtəm.
Ana dilim öz qanıma bərabərdir,deyirəm
Dünyaya, adamlara haray salıram.