Hər küncdə “gözəllik salonu” var, amma… dərinizi kimə əmanət etdiyinizi bilirsinizmi.
Son illər gözəllik salonlarının və estetik klinikaların sayının sürətlə artması diqqətsiz prosedurlar ucbatından hər keçən gün daha çox problemlərə səbəb olur. Sosial mediada gördüyümüz “parıltılı” görüntülərin arxasında çox vaxt icazəsiz tətbiqlər, keyfiyyətsiz cihazlar və ciddi sağlamlıq riskləri dayanır. Gözəllik salonunun etibarlı olub olmadığını necə müəyyənləşdirə bilərik? Çox çətin sualdır. illərlə bu sahədə fəaliyyət göstərən şəxslər….Görəsən kimin icazəsi ilə işləyirlər?.Ölüm halları artıq adi hal almışdır.
Ən böyük problem səriştəsiz insanların həyata keçirdikləri fəaliyyətlərdir,keyfiyyətsiz avadanlıqlar, steril olmayan mühitlər və yanlış məhsulların istifadəsidir. Nəticədə çox vaxt dəri yanıqları, ləkələr, qalıcı çapıqlar və psixoloji travmalar yaranır.
Adilə Vəliyeva Pedator