Din içimizdə yaşayan qanundur. Qanunvericinin və Hakimin sayəsində onun bizə təsiri Allahı dərk etməyə yönəlmiş əxlaqda öz əksini tapır. Əgər dini əxlaqla birləşdirməsən, onda din şəfqət diləməyə çevrilir. Ən yaxşı insan olmadan Ali Varlığın xoşuna gəlmək olmaz”. İmmanuel Kant
Şah rejimi və molla rejiminin idarəçiliyi İranda soydaşlarımız daxil olmaqla farslara da zaman-zama divan tutub. Molla rejimi uşaqların belə Allaha və gələcəyə inamını azaldır. Buna görə də rədd olmalıdır. Bu teokratik rejim əhalini aclıq və səfalətlə məhv edir. Nüvə oyuncağı düzəltmək adı ilə bütün Bəşəriyyəti özünə düşmən edib. İsrail – İran müharibəsində İranın itkiləri yaddan çıxmamalı idi. Bir oyuncaq düzəltmək adı ilə bütün iqtisadiyyatlarını çöküzdürdülər. Generallar və nüvə fizikləri evlərindəcə öldürüldü. Müharibədən 7 ay ötməmiş Xalq ayağa qalxdı. İsrailə məğlub olan molla rejimi qisasını etiraz edən əhalidən aldı. 30.000 dən çox insan qətlə yetiriblər. Saxlanılanları isə edam etməyə hazırlaşırlar…Bundan sonra Xamenei necə duruş gətirə bilər? Mümkün deyil.
Din -insanın içində yaşayan vəhşilik qanunu ola bilməz. Molla rejiminin məğlubiyyəti həm də də İslam dininin azadlığa çıxmasıdır.
Etibar Əliyev
Fəlsəfə üzrə fəlsəfə doktoru