“Google”nin şöbə müdiri olan masallılı Rüstəm Həşimov

ELAZ.İNFO xəbər verir ki, əslən Masallıdan olan Rüstəm Həşimov”Google”şirkətində şöbə müdiri vəzifəsində çalışır.
Rüstəm Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, orta təhsilini Lənkəran Özəl Türk Liseyində alıb, daha sonra Ankaranın Orta Şərq Texniki Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirib.
Rüstəm Həşimov tələbəlik illərində “Microsoft”
şirkətinin baş ofisindən iş təklifi alıb və ali təhsilini başa vurduqdan sonra ABŞ-a köçüb. Bir müddət “Microsoft”da çalışdıqdan sonra “Facebook” şirkətində proqram təminatı üzrə baş mühəndis vəzifəsində işləyib.
Hazırda o, ABŞ-ın Kaliforniya ştatının San-Fransisko
şəhərində yerləşən “Google” şirkətində Bulud texnologiyaları departamentində şöbə müdiri vəzifəsində çalışır.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights