İsrailin Kanal 12 nəşri Netanyahu ofisinin yüksək vəzifəli məmurlarına istinadən yazır:
-“Biz tam təslim olmayınca НƏМAS girovları azad etməyəcək. Biz təslim olmayacağıq.” Məlumata görə, Tramp İsrailin Qəzza zolağının mərkəzindəki düşərgələrə hücumuna “yaşıl işıq” yandırıb. Guya girovlar üçün risk yaranması səbəbindən indiyədək ora hücum olmayıb.
Netanyahu deyib:
“НƏМAS bədheybətləri nasistlərin yəhudiləri ac qoyduğu kimi oğullarımızı acından öldürürlər. Onlar razılaşma istəmirlər – bizi sındırmaq istəyirlər. Amma biz təslim olmayacağıq.”
Əyri güzgülər dünyasına düşmüşük sanki. İsrail fələstinliləri sındırmaq istəyir – bunu НƏМAS-ın adına yazır; bütün dünya fələstinliləri aclıqla öldürmək Netanyahunu günahlandırır, Qəzzanı yeni Holokost adlandırır – bu da НƏМAS-ı nasistlərlə müqayisə edir…
Bu təbliğat hansı beyinsizlərə hesablanıb?! НƏМAS girovları öldürmək istəsəydi, niyə bunu 2 ilə yaxındır etmir? Girovlar onların İsrail terroruna qarşı yeganə təzyiq vasitəsidir – onları öldürməklə nə qazana bilərlər? Əslində, Netanyahu özü girovların ölməsini arzulayır ki, bu təzyiq vasitəsini НƏМAS-ın əlindən alsın. Qəzzada aclıq yaratmağın məqsədlərindən biri də girovları aclıqdan öldürmək idi ki, bunu НƏМAS-ın adına yazsın.
Asif ŞƏFƏQQƏTOV