ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub
55 il 277 gün efirdə olan “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb. Veriliş Ginnes Rekordlar Kitabı tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.
ELAZ.İNFO