Ginekoloq Adilə Məmmədova: -“Özünüzü və körpənizi qorumaq üçün həmişə ehtiyatlı olun!”

HAMİLƏ QADINLAR DİQQƏTLİ OLUN!

40 il təcrübəyə malik həkim ginekoloq Adilə Məmmədova ELAZ.İNFO-ya son günlər havaların isti keçməsi ilə bağlı hamilə qadınların qorunması və sağlam olması barədə öz məsləhətini verib.

İsti havalar hamiləlik dövründə xüsusi diqqət tələb edir, çünki bədən hərarətinin yüksəlməsi, maye itkisi və digər amillər həm ananın, həm də körpənin sağlamlığına təsir edə bilər.

Hamiləlik dövründə isti hava qadınların və dölün sağlamlığına təsir edə bilər, çünki bu zaman bədən temperaturu yüksəlir və istiliyə qarşı həssaslıq artır. İsti havada hamilə qadınların özlərini qorumaq üçün aşağıdakı məsləhətlərə əməl etmələri vacibdir:

Maye Qəbulu

Bol su için: Susuzluq hissi yaranmadan öncə müntəzəm olaraq su içmək vacibdir. Gündə ən az 2-3 litr su qəbul etməyə çalışın. Hidratlaşdırıcı qidalar: Qarpız, xiyar, çiyələk kimi su tərkibli meyvə və tərəvəzlərə üstünlük verin.

Qazlı və kofe tərkibli içkilərdən uzaq durun: Bu cür içkilər susuzlaşmaya səbəb ola bilər.
Günəşdən qorunun.
Açıq havada olsanız SPF 30+ və ya daha yüksək qoruma faktoru olan günəş kremi istifadə edin və hər iki saatdan bir təzələyin. Səhər erkən oyanmağa üstünlük verin və təmiz hava qəbul edin və ya axşam saatlarında, hava sərin olduqda gəzintilər edin.

Ayqlarınız şişərsə
-Şişkinliklə mübarizə aparmaq üçün ayaqlarınızı uzanıb mümkün qədər yuxarı qaldırın.
Ağır və yağlı yeməklərdən çəkinin. Az miqdarda, lakin tez-tez qidalanın.
Meyvə-tərəvəzlərə üstünlük verin.
Duzlu və qızardılmış yeməklərdən çəkinin: -Bu cür qidalar həzmsizliyə və iştahsızlığa səbəb ola bilər.
Hər hansı narahatlıq zamanı: -Əgər halsızlıq, başgicəllənmə, ürəkbulanma, yüksək nəbz və ya bədəndə şişkinlik kimi əlamətlər hiss edirsinizsə, dərhal həkiminizlə əlaqə saxlayın.
Bu məsləhətlər isti havada hamiləlik dövrünü daha rahat və təhlükəsiz keçirməyə kömək edəcəkdir. Özünüzü və körpənizi qorumaq üçün həmişə ehtiyatlı olun!

Ən əsası stresdən dava-dalaşdan uzaq olun.unutmayın ki,sizin körpəniz yaxşını da pisi də hiss edir. Sağlam olun ki, körpəniz də sağlam olsun.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights