Geyim -yalnız insan cəmiyyətinin xüsusiyyəti olaraq, onlara aid edilir. Düşünürəm ki, geyilən geyimin cinsiyyət növü, bədən növü, həcmi, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim, adətən parcadan və ya toxuculuq materiallarından hazırlanır. Sənaye inkişaf etdikcə, bir çox sintetik materiallardan və hətta heyvan dərisindən belə geyimlər hazırlanmağa başlandı.
Uzun illərin hesablamalarına əsasən, insanların paltar geyinməyə başlaması çox qədim zamanlara gedib cıxır. Arxeoloqların fikrincə qədim dövrlərə aid olan ən erkən geyimlər insan bədəninin üstünə sarılardı. Bunlar xəz, dəri və ya müxtəlif bitkilərin yarpaqlarından olardı. Zaman-zaman inkişaf edən cəmiyyət kimi, geyimlər də inkişaf etdi, təkmilləşdi və bu günkü hala catdı.
Yəni min illər ərzində geyimlər çox dəyişdi. Bu dəyişmələr, əsasən müxtəlif fərqli mədəniyyətlərdən, hava səraitindən, cəmiyyətin qəbul etdiyi normalardan və s. asılı oldu. Biz hal-hazırda ata-babalarımızın geyindiklərini geyinmirik, lakin bu gün demək olar ki, bəzi keçmiş geyimlər günümüzün dəbinə daxil olub, yəni toxunma paltarlar hələ də dəbdədir.
Bildiyimiz kimi, hər fəslin özünə görə xüsusi geyimləri var. Bu geyimlər hər fəsil üçün hansı geyimin vacib olduğunu göstərir. Bununla belə biz onların daha rahat olmasına, daha uzun ömür sürməsinə, daha yaxşı materiallardan hazırlanmasına üstünlük veririk və müxtəlif üsullardan istifadə etməyə çalişırıq.
Söz yox ki, tarixən ictimai-iqtisadi formasiya xalqımızın həyatına, məişətinə təsirsiz ötüşməmişdi. Xalqımız 70 illik bir dövrün SSRİ qanunlarının gətirdiyi assimilyasiyaya məruz qalmışdı. Biz kecmiş bir dövrün, yəni SSRİ-nin qanunlarına tabe idik. Bəlkə də xalqın taleyinə 70 illik o alın yazısı yazılmasaydı, geyimlərimiz də dəyişməyəcəkdi. O zamanlar xalqımızın geyimləri vaxtaşırı müasirləşsə də, müəyyən qədər qorunub saxlanılan geyimlərimiz yeni bir dövrə qədəm qoydu. Demək olar ki, bazar da dəyişdi. Çünki, yaşadığımız dövrün ictimai təsiri bizdən yan kecə bilməzdi. Paltarlar kimliyimizin, mədəniyyətimizin, sosial normalarimizin bir hissəsi oldu. Daha doğrusu, geyimlər bizim üçün hansı sosial qrupa aid olduğumuzu göstərdi.
Əksər mədəniyyətlərdə geyimlərin gender fərqliliyi vardır, yəni şalvar yalnız kişi geyimi kimi qəbul edilir. Ancaq müasir dövrümüzdə hər iki cins tərəfindən geyinilə bilər.
Azərbaycan həmişə, tarixən ən böyük ipəkcilik ölkəsi kimi tanınmışdır. O cümlədən, burada istehsal olunan parcalar sirasında xara, atlas, tafta, qanovuz, mahud, tirmə, məxmər, bez və s. qeyd etmək olar.
Məlumdur ki, əsrlər bir-birini əvəz etdikcə, geyimlərdə də, hazırlanan materiallarda da müxtəlif dəyişiklilər olacaq. Bu əlbətdəki, gözləniləndir…
Esmira RƏHİMOVA