“Geyim irsimiz- Mirzə Qədim İrəvani fırçasından” adlı sərgi açılıb

ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan Tarix Muzeyində “Geyim irsimiz -Mirzə Qədim İrəvani fırçasından” adlı sərgi açılıb.

Muzeyin əməkdaşı Gülzadə Abdulova söyləyib ki, “Bu gün illərdir üzərində işlədiyimiz sərginin açılışı baş tutdu. Azərbaycanın dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin əsərlərindən bəhrələnərək ərsəyə gətirdiyimiz geyimlər heyranlıqla qarşılandı.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan bölgəyə aid geyimlər də paralel olaraq nümayişə çıxarılıb”.  

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights