Gevorqyanın 130 xəstənin ölümündə əli olub

ELAZ.İNFO xəbər verir ki, erməni əsilli həkim, amerikalı Cek Gevorqyan 25 il əvvəl, ilin bu günü ilk dəfə öz xəstəsini evtanaziya edib. Mövzuya girməzdən əvvəl evtanaziya ilə bağlı oxucularımıza məlumat verim ki, bu dəhşətli prosesin nə oldunu təsəvvür etsinlər.
Gevorqyan ilk praktikasını 1990-cı ilin 16 aprelində Miçiqan ştatında Alzheimer xəstəliyi diaqnozu qoyulmuş Canet Adkinsin üzərində aparıb.
1994-cü ilin mayından 1997-ci ilin iyununa qədər intihara köməklik etməkdə ittiham olunaraq dörd dəfə məhkum edilir. Vəkili Ficerin istintaqa bildirdiyinə görə, Gevorqyanın 1990-1998-ci illərdə 130 xəstənin ölümündə əli olub.


Adilə VƏLİYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights