ELAZ.İNFO xəbər verir ki, bu karikaturanı Britaniyanın “The Times” qəzeti 20 sentyabrda – Trampın rəsmi səfəri bitən kimi nəşr edib.
Karikaturada Britaniyanın baş naziri Kir Starmer təsvir olunub. O sanki Trampın itidir, Tramp hətta telefonla ona “Otur!” əmri verəndə Kir tələb olunan pozanı alır.
Karikaturaya “Geriyə reallığa doğru…” adı verilib.
Yəni son vaxtlar reallıqdan çox uzaqlaşmışdınız, qayıdın reallığa – siz ABŞ-ın itisiniz.
Görünür, səfərin nəticələri “The Times” qəzetini bu fikrə gəlməsinə səbəb olub.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi