Genetik qan xəstəliyi -Talassemiya

Talassemiya orqanizmin kifayət qədər sağlam hemoqlobin istehsal etməməsinə səbəb olan genetik qan xəstəliyidir. Talassemiya daşıyıcıları adətən aşkar simptomlar göstərməsələr də, daha ağır formalarda anemiya, yorğunluq və dalaq böyüməsi kimi simptomlar meydana gələ bilər. Bu, genetik xəstəlik olduğundan ailəsində talassemiya xəstəliyi olan şəxslərin genetik məsləhət alması tövsiyə olunur. Talassemiya Asiya, Yaxın Şərq ölkələrində, Afrikada və Aralıq dənizin sahilində yerləşən ölkələrdə (Yunanistan, Türkiyyə) daha çox yayılmışdır.

Azərbaycandada talassemiya (əsasən betta talassemiya) çox yayılmışdır. Beta- talassemiyanın böyük və aralıq formaları rast gəlinir.Mütləq müayiə olunmaq lazımdır.Uşaqlarınızı sağlam görmək istəyirsinizsə genetic analizlərdən qaşmayın Evlilik öncəsi mütləq analiz etdirin.

Adilə VƏLİYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights