General-polkovnik Vaqif Axundov- 75

16 sentyabr Ümummilli Liderimizə və Ali Baş Komandanımıza şərəflə və ləyaqətlə xidmət etmiş, Dövlətimizi, Millətimizi və Vətənimizi canından artıq sevən insan, sadə bə peşəkar zabit, ehtiyacı olan insanların arxasında duran ağsaqqal, general-polkovnik Vaqif Axundovun 75 illik yubileyidir.

Cənab generalı təbrik edirəm, Uca Allahdan can sağlığı, bərəkətli ömür, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram.

Allah qorusun!

Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972-1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.

1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir.

1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.

Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif edilmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.

Ailəlidir, 1 övladı var.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights