General İsmayıl Hüseynov vəzifəsindən azad olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

ELAZ.İNFO “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights