Qəzəb tamamilə təbii bir hissdir. Bu, özünü təhlükədən qorumaq və şəxsiyyətinə və dəyərlərinə edilən hücumlara qarşı özünü müdafiə etmək üçün hərəkət edən instinktiv bir hissdir. Ancaq anadangəlmə olsa da, qəzəb nəzarət altına alınmalıdır və həddi aşıldığında həm onu yaşayan insan, həm də ətrafındakılar üçün son dərəcə dağıdıcı ola bilər.
Qısacası, sevimli Peyğəmbərimizin dediyi kimi qəzəb od kimidir; insanların ehtiyacı var, lakin həddindən artıq və idarəolunmaz olduqda, həm insanları, həm də ətrafdakıları yandırır, və məhv edir. Bu gün qəzəbdən ən çox ailə üzvləri təsirlənir.
Qəzəb və zorakılığın öyrənilmiş davranış olduğunu nəzərə alaraq, valideynlər hirslərini cilovlamalıdırlar. Qəzəbi cilovlamağı öyrədən sevimli Peyğəmbərimiz qəzəbli insana ayaq üstə durduğu halda oturmağı tövsiyə etmişdir.
Ali Kamal MABOÇOĞLU, Türkiyə