Qəribə bir paradoks yaranıb. Nələrisə öz adına çıxmaq istəyən “erməni metodundan” istifadə edir.
“Bunu mənım nənəm bişirirdi “, “Nənəmdən öyrənmişəm” buna görə bu yemək bizimkidir. düşüncəsiylə mətbəx təbliğatı erməniləri “borşun” , “Napalyon tortunun“ onların olduğuna inandırdı, arqument, subut kimi istifadə edildi.
Özü-özünə “tədqiqatçı alim”, “mətbəx tədqiqatçısı“, “İrəvan mətbəxinin tədqiqatçısı”, “Bunları hamıya mən öyrətmişəm” iddiasını millətə sırıyan, heç bir elmi metodikadan istifadə etməyənlərə,
“Mənim bölgə mətbəxim digərlərindən üstündür”- deyib, digər bölgə mətbəxlərinə ağız büzənlərə demək istəyirəm ki, əksiklik sizdədir, millətdə, bölgədə deyil.
Gedib şəcərənizi araşdırın, çünki metodunuz erməni metodudur. Elm küy, şou deyil. “Mən az qala 20 ildir mətbəx araşdırmaçı alimiyəm“-deyən, sosial şəbəkələrdən o tərəfə gedə bilməyən heç bir elmi əsəri, məqaləsi olmayan, elmi müəssisədə işləməmiş “araşdırmaçı, tədqiqatçı “alimlər” İrəvan, Qərbi Azərbaycan mətbəxində olmayan xörəklərin ora soxuşdurulmasına ehtiyac yoxdur.
Onsuz da bölgə bu cəhətdən varlıdır. Olanları yerinə qoysaq kifayətdir .
Məsələn, indi də ad oxşarlığından istifadə edərək “rəvani” yeməyimizin “İrəvan” əsilli olmağını isbatlamağa çalışırlar.
İstinad yerləri Googl qardaşlarıdır. Bu etibarlı mənbə deyil. Hətta oradan götürülən məlumatı da diqqətlə oxumağı öyrənin.
Əl-qərəz “Rəvani” şirniyyatının adını Gəncədə XII əsrdə Munisnamədə (Əbu Bəkr) digər şirniyyatların içində “Rivandi“ kimi çəkir.
XV əsrdə Ətimənın əsərlərində var.
XIII əsrdə ərəbdilli kitablardan İspanlar da “rəvani” ilə tanış olublar və s.
İrəvan adlı şəhərimiz bu adla Səfəvilər dövründən (XVI əsr) tikilib, tanınıb, Rəvan xanın adı verilib.
Yeməyin tarixini saxtalaşdırmayın.
Aşağıda həqiqi alimlərin kitablarından Rəvani ilə bağlı məlumatları verirəm:
-1-ci şəkildəki soldakı yazı türk mətbəxinin araşdıran ingilis alimi M. İ. Prisçillanın kitabındandır. İkinci şəkildəki yuxarıda olan yazı Ö. Şənyapılının kitabından, 3-cü ortadakı yazı Nevin Halıcının, 4- cü yazı 18-ci əsrdən Ehmed Cavidin 15-ci əsrdəki “Kenzül İştiha” nın tərcüməsi kitabındandır.




Tahir ƏMİRASLANOV