Gedər gəldiyi yerlərə

Səhranın tam ortasında, sudan cadar-cadar olmuş torpaqlarda həyat yaşar Tanrı istədiyi zaman. Bir çiçək bir arıya həyat olur, bir arı bir xəstəyə.

Bir çiçək dünyanı gözəlləşdirir, dünya sevgiyə bürünür görənlərin gözündə. Sevgisi sevdasına əsir olan bülbülün vüsala həsrət eşqi dolanar bu çiçəyin üstündə. Tamarzı baxışları, köksü dolu qəm-qübarı hey fırlanar bu çiçəyin dövrəsində.

Çoxlarının həsəd apardığı bu çiçəksə hər gün qızmar günəşin ehtiraslı, ac baxışlarından yorular, usanar. Bu səhradan, bu arıdan, bu bülbüldən, bu xəstədən dodağını büzüb küsər. İstəkdən, həsrətdən, hərarətdən al ləçəkləri darılıb qovrular. Küsüb gedər bu dünyadan… Gedər gəldiyi yerlərə.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights