“Gecə-gündüz davam edən fasiləsiz iş” budur?”

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müsahibəsini oxudum. Zaur Mikayılov deyir: “Yağışların dayanmasından artıq bir həftə keçsə də əməkdaşlarımız hələ də gecə-gündüz çalışırlar. Bir çox ərazilərdə işlər 24 saat fasiləsiz davam etdirilir”.

İctimai fəal Famil Cəfərov özünün sosial şəbəkəsində fikrinə davam edərək yazır ki, “Bunu oxuyandan sonra qayıdıb aprelin 1-də elə özümün yazdığım statusu bir də oxudum. Mən isə orada belə deyirəm:

“Masazırın Həsən Əliyev küçəsində yüzlərlə ev yağışdan sonra hələ də dizəcən suyun içindədir. Sakinlər nə Abşeron icra hakimiyyətindən, nə də “Azərsu”dan (təzə adını yazmağa ərinirəm) heç kimin onlarla maraqlanmadığını, nəsə bir iş görmədiyini görüb məsələyə özləri əncam çəkmək istəyiblər. Haradansa motor tapıblar, həyətlərindəki, küçədəki suyu kənara vurmağa başlayıblar. Bu dəm “Azərsu”ya məxsus bir “Niva” qəfil asqıraq kimi peyda olub. Maşından düşən bir neçə şəxs kameralarını çıxararaq işləyən motoru çəkməyə başlayıblar. Sakinlər soruşub ki, qardaş, bunu niyə çəkirsiniz. Gələnlər arsız-arsız deyiblər, icra hakimiyyətinə, hakəza öz dahi, vətənpərvər və müdrik müdirlərimizə göstərəcəyik, qoy görsünlər ki, iş gedir. Sakinlər gülüb. Zarafat eləyirəm, adamları oradan qovublar. Day bilmədim söyüb-yağlayıb qovublar, yoxsa elə-belə, yavan… Belə-belə işlər…”

“Gecə-gündüz davam edən fasiləsiz iş” budur?”

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights