Gecə korluğu

Göz könülün aynaasıdır. Aynanı hər zaman təmiz saxlamaq lazımdır.
Son dövrlərdə uşaqların electron alətlər, telefon və kompüterdən çox istifadəsi göz xəstəliklərinin çoxalmasına və əhali arasında xəstə sayının artmasına səbəb oıub. Təlimlər zamanı çalışırıq ki ,maarifləndirək ki,şuaya qarşı eynəklərdən və örtüklərdən istifadə edilsin.Təssüflər olsun hamı bu qaydalara əməl etmir.İndi aşağıda bir bir göz xəstəliyi haqqında məlumat verəcəyəm.
Gecə korluğu
Gecə korluğu zəif işıqlandırma və ya tam qaranlıq zamanı ortaya çıxan görmə pisləşməsi ilə özünü göstərən xəstəlikdir. Gecə korluğununun düzgün adı hemeralopiyadır, bundan əlavə olaraq alaqaranlıq görməsi də adlandırırlar. Xəstəlik görmə mexanizminin məkanda işıqlandırma şərtlərinə uyğunlaşmasının pozulması zamanı ortaya çıxır.
Gecə korluğunun simptomları
Pasiyentde narahatlıq yaratmalı olan ilk simptom qaranlıqda görmənin zəiflədiyinə dair hiss olunan xüsusiyyətlərin ortaya çıxması və parlaq işıqlanmada gözlərin qıcıqlanmasıdır. Gecə korluğunun digər simptomu da qaranlıqdan parlaq işıqlı məkana keçdikdə gözlərdə yaranan ləkələr ola bilər. Bir çox halda onların yaranması pasiyentləri qorxudur və təcili olaraq konsultasiya üçün oftalmoloqa müraciət etməyə məcbur edir.
Gecə korluğunda rəngləri ayırma qabiliyyəti də zəifləyə bilər. Əsasən də bu göy rəngi və onun çalarlarını seçərkən özünü göstərir.
Gecə korluğunun diaqnostikası
Xəstəliyin diaqnostikası pasiyentlərin xarakteristik şikayətləri və obyektiv instrumental müayinə üzərində əsaslanır. Torlu qişanın quruluşundaki patologiyaları yoxlamağa imkan verən elektroretinoqrafiya edilməsinə göstəriş olunur.


Adilə Vəliyeva-.Pediator

Bizimlə oxuyun
Verified by MonsterInsights