Gənclər özünü modelləşdirə biləcəyi insanlarla tanış olmalıdır

ELAZ.İNFO, BAKI, 05.05.2025.

Gənclik Rəbbimizin bizə bəxş etdiyi ən qiymətli dövrdür. Gələcəkdə həyatımız gəncliyimizi necə keçirdiyimizə görə formalaşacaq.

Sevgili Peyğəmbərimiz (s) buyurur:

-“Adəm övladı Qiyamət günü beş şeyin hesabını verməyincə Rəbbinin hüzurunu tərk etməz: Ömrünü harada keçirtdiyi, gəncliyini harada keçirtdiyi, malını harada qazanıb hara xərclədiyi, elmi ilə nə qədər əməl etdiyi”. (Tirmizi, Qiyamət, 1)

Öz yurd-yuvasını qurması və gələcək nəslə valideyn olması gözlənilən gənclərimiz üçün mənəvi-əxlaqi tərbiyə vacibdir. Mənəviyyat həyata məna verir. Gəncləri mənasızlıqdan xilas edir. Bu qabiliyyət zəiflədikdə gəncin həyatında boşluq və mənasızlıq başlayır. O, bu boşluğu başqa şeylərlə doldurmağı seçə bilər. Gənclərin asudə vaxtlarından faydalı işlərdə istifadə etmələri yönləndirilməlidir. O, özünü modelləşdirə biləcəyi insanlarla da tanış olmalıdır.

Ali Kemal MABOÇOĞLU -Türkiyə

Bizimlə oxuyun
Verified by MonsterInsights