ELAZ.İNFO xəbər verir ki, 2 fevral-Azərbaycan Gəncləri Günündə SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov 2026-cı il üzrə SOCAR tərəfindən “Gənc İstedadlar Proqramı” ilə bağlı elan edilmiş müsabiqənin 4 nəfər qalibi ilə görüşüb.
Azər Məmmədov onları Gənclər Günü və proqramın qalibi olmaları münasibətilə təbrik etdikdən sonra Birliyin həyata keçirdiyi fəaliyyət istiqamətləri, görülən işlər və qarşıya qoyulan məqsədlərdən danışıb.
Baş direktor gənclərə yeni başlamış karyera yolunda uğurlar arzulayaraq həm də öz təcrübələrini onlarla bölüşüb.
Baş direktorun insan resursları üzrə müavini Xəqani Bəşirli “Gənc İstedadlar Proqramı” haqqında ətraflı məlumat verib. O, proqramda edilən yeniliklərdən və qarşıda duran vəzifələrdən də danışıb.
İstedadların idarə edilməsi və Biznes tərəfdaşlığı departamentinin rəisi vəzifəsini icra edən Murad Kərimov və departamentin rəis müavini Əsgər Vəliyev 4 nəfər qalib gəncin keçəcəyi təcrübədən danışıblar. Bildirilib ki, dövlətimizin yürütdüyü gənclərə dəstək siyasətini qaliblər bu müddət ərzində Birlik tərəfindən də hiss edəcəklər. Gənclərin də fikirləri öyrənilərək onları maraqlandıran suallara cavab verildikdən sonra sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinə nəzəri və praktiki biliklərinin inkişafı və karyera imkanlarının yaradılması məqsədi ilə 4 nəfər proqram iştirakçısı təhkim edilib. Onlar Birliyin İdarəetmə aparatında təcrübə prosesinə cəlb olunacaqlar.


elaz.info