Gəncədə qaraçılar şəhər sakinlərini bezdirib

ELAZ.İNFO xəbər verir ki, Gəncədə qaraçıların narahatedici davranışları ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Aprelin 2-də “Gəncəçay” park-bulvar kompleksində bir qrup qaraçı tərəfindən istirahət edənlərin dincliyini pozan hallar qeydə alınıb. Sakinlər və əraziyə gələn qonaqlar, şahidlərin sözlərinə görə, pul istəməyə çalışan, həmçinin ictimai asayişi pozan qaraçıların səs-küy və müdaxiləçi davranışlarından hiddətlənərək şikayətləniblər.

Məlum olduğu kimi, “Gəncəçay” parkının ərazisi yerli sakinlər arasında populyardır və bu vəziyyət vətəndaşlar arasında narazılıq yaradıb.

Qeyd olunan hallar ərazidə istirahətin rahatlığını və təhlükəsizliyi təhdid edir.

Vəkil NURLAN

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights