ELAZ.İNFO xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Əməliyyat nəticəsində külli miqdarda güclü təsirə malik narkotik vasitənin satışının qarşısı alınıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan narkokuryerdən ümumi çəkisi 27 kiloqram 475 qram olan heroin aşkarlanaraq götürülüb. Məlumata görə, bu maddə yüksək təsiredici xassəyə malikdir. Dövriyyədən çıxarılan narkotik vasitənin miqyası rəqəmlərdə də özünü göstərir. Ekspertlərin hesablamalarına görə, bu qədər heroinin “qara bazar”dakı ümumi qiyməti təxminən 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində istintaq tədbirləri davam etdirilir. Polis orqanları narkotik şəbəkəsinin digər üzvlərinin müəyyən edilməsi istiqamətində işləri gücləndirib.
Ruslan MƏMMƏDOV