ELAZ.İNFO xəbər verir ki, Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.Gəncə șəhər prokurorluğundan verilən məlumata əsasən, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Hadisə șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində yeniyetmələr arasında yaranmış mübahisə zəminində baş vermişdir.Faktla bağlı cinayət işi açılıb.