İnsan ölümlərinin gənələrin çoxalması ilə deyil, diqqətsizliklə əlaqəlidir.Gənə patogenləri daşıyır. Əgər gənə bu patogenləri alıb qan əmərkən insanlara keçiribsə, infeksiya yayılacaq. Bu artımla deyil, diqqətsizliklə əlaqədardır. Gənələr təbiətdə həmişə var olub, insandan əvvəl də,indidən sonra da var olacaq, Gənələrə qarşı həssas olmaqla və ekosistemin bütövlüyü çərçivəsində özümüzü necə qoruyacağımızı bilməklə həyatımıza davam etməliyik.
Xüsusilə qlobal istiləşmə, temperatur və rütubət gənələrin hərəkətinə ilkin təsir göstərən amillərdir. Bunlarla yanaşı, biotik faktorlar da vacibdir. Əvvəllər torpaqlar becərilirdi, torpaqlar əkilirdi, biçilirdi. Torpağın becərilməsi ilə əlaqədar olaraq gənələrin əksəriyyəti dişi gənələrin yumurtalarını məhv edilirdi,yeni nəsil verə bilmirdi, azaldı. Bu gün bunlar edilmir,ya az edilir.Torpaqların becərilməməsi, vəhşi təbiətin güclənməsi və ferma heyvanlarının sayının dramatik azalması gənə əhalisini artırır. Otlaqlarda böyük heyvanların otlanması tərk edildi. Bu cür təcrübələr gənələrin lehinə bir vəziyyət yaratdı. Artım da bunlarla əlaqəlidir. Əvvəla, şəhər mədəniyyəti və yeni nəsil bunların heç birindən xəbərdar deyil. Gənə sayının azaldılması üçün görüləcək tədbirlər keçmişdə gənə mövsümündə kəndlərdə aparılıbsa, İndi də proflaktiki işi mütəmadi təşkil etmək lazımdır.Bununla gənə sayının azalmasına nail olmaq olar.
Adilə VƏLİYEVA Pediator

