Gələcək anaların özlərini maarifləndirmələri çox vacibdir

Sağlam nəsil üçün məlumatlı ana lazımdır.

Ana bizi dünyaya gətirən və böyüməmizə kömək edən ali varlıqdır. Uşağın tanıdığı və sevdiyi ilk insan anasıdır. Uşaq üçün ana həyatdır. Uşağın həyatı anası ilə qurduğu münasibət növünə görə formalaşır. Ana sevgisi uşaq üçün böyümə hormonu kimidir. Çünki ana sevgisi uşağın fiziki, əqli və emosional inkişafında mühüm rol oynayır.

Uşağın konstruktiv, yaradıcı və məhsuldar şəxsiyyətə malik olması, öz potensialını müsbət yöndə inkişaf etdirməsi ana sevgisindən asılıdır. Uşaq anasının hərəkətlərinə, fəaliyyətlərinə baxaraq özünü necə aparmağı, yaşamağı öyrənir.

Uşaq ilk biliyi anasından alır. Beləliklə, uşaq dünyanı anasının izah etdiyi şəkildə görür, qavrayır, tanıyır və öyrənir. Uşaqların müsbət və mənfi münasibət və davranışlarının bir çoxu analarından aldıqları tərbiyədən qaynaqlanır. Bu səbəbdən də  sağlam nəsil üçün uşaq tərbiyəsi ilə bağlı kitab oxuyaraq, xüsusi kurslarda iştirak edərək, gələcək anaların özlərini  maarifləndirmələri çox vacibdir. Bunu aidiyyəti  qurumlar göz önündə tutmalıdırlar.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights