Cəmiyyətin ən aktiv təbəqəsi olan gənclər arasında reproduktiv sağlamlıqla bağlı susqunluq və məlumatsızlıq qorxulu həddə çatıb. “Utancaq” yanaşmalar və yanlış internet məlumatları gələcək ailələrin təməlini sarsıdır.
ELAZ.İNFO xəbər verir ki, aparılan son araşdırmalar gənclərin böyük bir qisminin şəxsi gigiyena və qorunma yolları haqqında tamamilə yanlış təsəvvürlərə malik olduğunu ortaya qoyub. Mütəxəssislər xəbərdarlıq edir: Müasir dövrdə geniş yayılan gizli infeksiyalar heç bir əlamət göstərmədən illərlə orqanizmdə qala bilir və nəticədə sonsuzluq kimi ağır fəsadlara yol açır.
Həkimlər “şokedici” bir məqama diqqət çəkirlər: Bir çox gənc tibbi müayinədən qaçdığı üçün xəstəliklər xroniki mərhələyə keçir. “Mənə bir şey olmaz” düşüncəsi gələcək övlad sahibi olmaq şansını əlinizdən ala bilər. Reproduktiv maarifləndirmə sadəcə “cinsi tərbiyə” deyil, sağlam genofondun qorunmasıdır. Tibbi biliklərin azlığı gəncləri həm fiziki, həm də ağır psixoloji travmalarla üz-üzə qoyur.
Ruslan MƏMMƏDOV