Gənc boksçular Türküstana getdilər

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın gənc boksçularından ibarət milli komandası Qazaxıstanın Türküstan şəhərində keçirilən beynəlxalq turnirə yola düşüb.

Gənc boksçulardan ibarət yığmanı formalaşdıran baş məşqçi İlkin Seyfəddinovdur.

İlkin Seyfəddinovun komandasında gənc boksçular- Vüsal Xəlilov, Hikmət Məmmədov, Renat Qiyaslı, Zakir Həsənzadə, Əli Məmmədov, Kənan Nəcəfov müxtəlif çəki dərəcələrində öz güclərini sınayacaqlar.

Məlumat üçün bildirək ki, turnir iyunun 6-na qədər davam edəcək.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights