Fridrix Merz onu kansler edən şirkətin maraqlarını qoruyacaq

ELAZ.İNFO xəbər verir ki, Almaniya kansleri Fridrix Merz ARD telekanalına 7 oktyabr tarixli müsahibəsində bildirib:

-“Əhalimiz gəlirlərinin daha çox hissəsini pensiya, səhiyyə və qayğıya xərcləməyə məcbur olacaq və bu ədalətli edilməlidir”.

Buna səbəb, Merzin fikrincə, cəmiyyətin qocalması və sosial proqramlara xərclərinin artmasıdır. Səhiyyə sistemində artıq milyardlarla avro kəsir var. 2026-cı ildə ən azı €4 milyard kəsir gözlənilir. Hökumət müvafiq tutulmaların artırılmasını, hətta güzəştlərin qismən ləğv edilməsini müzakirə edir.

Kansler həmçinin pensiya sisteminə yenidən baxılmasını təklif edib. Pensiya hüququ qazanmaq üçün müvafiq yaşın (Almaniyada 67 yaşda pensiyaya çıxırlar) yox, müvafiq iş stajının nəzərə alınmasını təklif edib:

“17 yaşında işə başlayan və 50 il işləyən şəxslə karyerasına 30 yaşında başlayan şəxs eyni yaşda pensiyaya çıxmamalıdır”.

Eyni zamanda o, icbari özəl pensiyaların tətbiq edilməsində israr edib və işləyən pensiyaçıların aylıq maaşının €2000-ya qədər məbləğini vergidən azad etməyi vəd edib.

4 il bundan əvvəl Almaniya Avropanın ən yüksək inkişaf etmiş və ən sosial ölkəsi sayılırdı. 4 il əvvəl Avropanın ən yüksək profisitli büdcəsinə malik olan Almaniya indi 2026-cı ilin büdcəsini defisitlə təsdiq etməyə məcburdur.

Maraqlısı da budur ki, ölkə səhiyyə və pensiya xərcləri sahəsində milyardlarla kəsiri bağlamaq üçün yollar axtarır və bunun üçün əhslidən vergiləri və tutulmaları artırmaq istəyir, amma müharibə başlayandan 2025-ci ilin iyulunadək Ukraynaya €50,5 milyard yardım edib. Növbəti ilin büdcəsində də Ukraynaya €8 milyard yardım nəzərdə tutub. Avropada, 2025-ci ildən isə dünyada Ukraynaya ən çox yardım edən ölkə Almaniyadır.

Merz uzun illər ABŞ-ın BlackRock şirkətinin Almaniya filialının müşahidə şurasının sədri olub. Onu kansler edən də bu dünya nəhəngidir. Anqlosakslar onsuz da Almaniya iqtisadiyyatına ağır zərbələr vurmuşdular, üstəlik kanslerini özlərininki etdilər.

Aydındır ki, o, xalqın yox, onu kansler edən şirkətin maraqlarını qoruyacaq. BlackRock-un isə Ukraynada yüz milyardlarla dollarlıq əmlakı (torpaqlar, infrastruktur obyektlər və s.) var. Merz onları qorumalıdır. Almanlar isə dözümlü xalqdır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights