ELAZ.İNFO xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya rifah dövlətinin maliyyə dayanıqlığını təmin edəcək iqtisadi resurslara malik deyil. Bu barədə bazar günü The Telegraph nəşri məlumat yayıb.
Qəzet avqustun 23-də Aşağı Saksoniyada CDU partiyasının qurultayında siyasətçinin dediyi sözlərdən sitat gətirir:
-“Bu gün mövcud olan sosial dövlət artıq bizim iqtisadi imkanlarımız hesabına maliyyələşdirilə bilməz”.
Merz, xərclərin əhəmiyyətli dərəcədə artması səbəbindən Almaniya vətəndaşları üçün müavinətlər sisteminin “əsaslı şəkildə yenidən qiymətləndirilməsini” tələb edib.
The Telegraph qeyd edir ki, Almaniyanın qocalmış əhalisi və yüksək işsizlik fonunda 2025-ci ildə maliyyələşdirmə həcmi artmağa davam edəcək.
Qəzetin yazdığına görə, ölkə iqtisadiyyatı yavaşlayıb, 2017-ci ildən bəri ÜDM artımı 1,6% təşkil edib, avrozonanın qalan hissəsində isə bu göstərici 9,5% təşkil edib. Eyni zamanda, Almaniyanın ÜDM-i 2024-cü ildə 0,2%, 2023-cü ildə isə 0,3% azalacaq.
İlahə BAYINDIR