Fransaya reaksiya: -“Diqqətinizi daxili işlərinizə yönəldin”

ELAZ.İNFO xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Türkiyədəki məhkəmə prosesləri ilə bağlı verdiyi açıqlama ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, “Fransa Avropa və Xarici İşlər Nazirliyinin iyulun 7-də ölkəmizdə davam edən məhkəmə proseslərinə müdaxilə təşkil edən bəyanatını qətiyyətlə rədd edirik”.

Nazirlikdən verilən yazılı açıqlamada o da qeyd olunur ki, “Türkiyə qanunun aliliyi prinsipi çərçivəsində bütün vətəndaşları üçün ədalətli və qərəzsiz məhkəmə proseslərini təmin edir və sözügedən məhkəmə prosedurları Türkiyə Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq müstəqil məhkəmə orqanları tərəfindən həyata keçirilir.”

Bəyanatda Fransaya Türkiyənin daxili qanunlarına və məhkəmə müstəqilliyinə hörmətlə yanaşması, digər ölkələr əleyhinə siyasi bəyanatlardan çəkinməsi və öz daxili məsələlərinə diqqət yetirməsi tövsiyə edilib və aşağıdakılar qeyd edilib:

“Fransada ana müxalifət liderinin məhkəmə qərarı ilə həbsə məhkum edildiyini və seçkilərdə iştirakının qadağan edildiyini, bəzi bələdiyyə sədrləri ilə bağlı işlərin davam etdiyini nəzərə alsaq, sözügedən bəyanatda ikili standartların olduğu açıq şəkildə görünür”.

Açıqlamada deyilir ki, “Fransa Avropa və Xarici İşlər Nazirliyinin iyulun 7-də ölkəmizdə davam edən məhkəmə proseslərinə müdaxilə təşkil edən bəyanatını qətiyyətlə rədd edirik.”

Günül GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights