Fransa yeni raketini istifadəyə verdi

ELAZ.İNFO xəbər verir ki, Fransa nüvə başlığı daşıya bilən yeni “ASMPA-R” ortamənzilli yer-hava raketini istifadəyə verib.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni raket “Rafale” qırıcısından ikinci sınaq buraxılışından sonra istismara qəbul edilib.

“ASMPA-R” Rusiyanın Avropaya potensial hücumunun qarşısını ala bilən Fransanın ən güclü nüvə silahlarından biri hesab olunur.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights