Fransa tarixində ən gənc və ilk gey baş nazir

ELAZ.İNFO xəbər verir ki, 2024-cü ilin 9 yanvar tarixində Fransa prezidenti Emmanuel Makron 34 yaşlı Qabriel Attalı Fransanın yeni baş naziri təyin etdi.

Bununla da Attal (fotoda solda) Fransa tarixində ən gənc və ilk gey baş nazir oldu.

Attal Makronun “Dirçəliş” partiyasının üzvüdür. Gənc olmasına baxmayaraq, 2018-ci ildən yüksək dövlət vəzifələrində işləyib. İndiki vəzifəyədək Milli maarif və gənclər naziri vəzifəsində çalışıb (təhsil və gəcləri, görün, kimə tapşırıblar?!).

Fotoda sağdakı isə Attalın “əri”, “Dirçəliş” partiyasının sədri, Fransanın Avropa Parlamentində deputatı Stefan Sejurnedir.

Ər-arvad ikisi də ermənipərəst mövqeləri ilə xüsusi seçilirlər. Məhz Sejurnenin təşəbbüsü ilə Avropa Parlamenti bir neçə anti-Azərbaycan qətnaməsi qəbul edib. Yeri gəlmişkən, Sejurne bununla fəxr edir və özünün böyük nailiyyətlərindən hesab edir (onun bəzi tvitlərini əlavə edirəm).

Elə Makron da bunların tayıdır. Öz partiyasının sədrinin həyat yoldaşını baş nazir təyin etdi.

Əlqərəz, ermənipərəst geylərlə üz-üzə qalmışıq. Görəcək günlərimiz var imiş.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights