ELAZ.İNFO xəbər verir ki, sentyabrın 22-də Fələstin dövlətinin tanınması istiqamətində addımların atılacağı BMT Baş Assambleyası öncəsi İsrail və Fransa arasında gərginlik davam edir.
İsrail və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub.
İsrail naziri Gideon Saar həmkarına Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətinin tanınması ilə bağlı bəyanatlarına görə İsrailə səfər edə bilməyəcəyini bildirib.
İsrail Xarici İşlər Nazirliyi Paris administrasiyasının son vaxtlar İsrailə qarşı bir sıra düşmən addımlar və rəftarlar atdığını iddia edən bəyanat yayıb.
Bu arada, Ukrayna ilə bağlı İstəklilər Koalisiyası sammiti üçün Fransanın paytaxtı Parisdə olan ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qətər rəsmiləri ilə görüşüb. Və o Qəzzada atəşkəs danışıqlarında ciddi irəliləyişin əldə olunmadığı bildirilib.
İlahə BAYINDIR