ELAZ.İNFO xəbər verir ki, Fransanın yeni baş naziri Sebastyan Lekornu bu gün kütləvi etiraz dalğası fonunda vəzifəsinin icrasına başlayıb.
Prezident Emmanuel Makrona qarşı ictimai qəzəbin əlaməti olaraq nəqliyyat, təhsil və digər xidmətlərin dayandırılması üçün etirazlar keçirilir.
France24-ə görə, “Hər şeyi bloklayaq” adlı solçu kollektivin rəhbərlik etdiyi etirazlar Makronun yaxın müttəfiqi, son üç ildə müdafiə naziri vəzifəsində çalışan 39 yaşlı Lekornu üçün “atəş halqasından keçmə mərasimi” ola bilər.
Fransanın daxili işlər naziri Bruno Retaillo Parisdə jurnalistlərə bildirib ki, “Hər şeyi bloklayın” etirazlarının ilkin mərhələsində təxminən 300 nəfər saxlanılıb.
İlahə BAYINDIR
