Ana xəttilə Aran, ata xəttilə Karan nəslindəndir. Karanın ulu babasının adı Temendir. Temen övladları Avropaya Ön Asiyadan getmişdir. Onlar Beotiyanın şimalında mühasirəyə düşmüş, mifə görə iri buynuzlu bir dağ təkəsi qayaların arasındakı dar cığırlarla gedərək, onlara xilas yolunu göstərmişdir. Ona görə Makedoniya əsgərlərinin dəbilqələrində dağ təkəsinun buynuzlarının təsviri olurdu.
İsgəndər yunanları məğlub edəndən sonra Makedoniyalılar təkə buynuzunu dəbilqələrindən çıxartdılar, çünki tarixi düşmənləri yunanları məğlub etmişdilər. Bu hadisə Azərbaycan folklorunda İsgəndərin buynuzu kimi qalmışdır. Guya bir çoban İsgəndərin buynuzlarını görür, ancaq qorxusundan heç kəsə danışa bilmir. Dərdini bir quyuya söyləyir. Quyuda qamış bitir. Qamısdan tütək düzəldir, tütəyi çalanda sirr açılır: İsgəndərin buynuzu var, buynuzu.
Folklor tarix deyildir, tarixin yaddaşlarda qalan kölgəsidir. Biz nağıl və dastanlarımızı miflər əsasında yox, tarixi mənbələr əsasında öyrənməliyik. Bizə İmmanuel Makaronun gözlərilə baxan fransızlara sübut etməliyik ki, Avropanın qədim mədəniyyətini Türk xalqları yaratmışdır. Korsikalılar Aralıq dənizi adalarına Qafqazdan köçüb getmişdir. İtaliyada Bərdə, Şuşa, Durna şəhərlərini bizim əcdadlarımiz salmısdır. Karaman alpları İsgəndərdən sonra Siciliyanı tutmuşdur.
Troyalı Azxan (latınca Askaniy) İtaliyada Alban şəhərini salmısdır. Avropa Albanları İtaliyaya, oradan Qərbi Avropaya Anadoludan köçüb getmişdir və s.
İlhami Cəfərsoy,
Tarixçi Alim