ELAZ.İNFO xəbər verir ki, Firudin Cəlilov Samir Bəşirlini debata çağırıb. Firudin Cəlilov öz Facebook səhifəsində belə bir çağırış ünvanlayıb: -“ Samir Bəşirli, debat istəyirdin, buyur, 9 Bitiyin PDF-ini istəmişdin, onu da sənə göndərdim, əgər sənin də bir elmi məgalən varsa, mənə göndər, tanış olum”.
Çağırışa aydınlıq gətirən F. Cəlilov vurğulayıb ki, “hələ bir həftə öncə Kanadada yaşayan Yusif Cəfərov qarqar boyunun türk olmadığı haqqında FB-də geniş bir yazı yayınlamışdı, etirazımı bildirdim, yazdı ki, debata çıxaq, bunu bir neçə gün sonra gördüm, dedim buyur, nə sualın varsa, yaz. O vaxtdan adamı tapa bilmirəm, ola bilər ki, FB-dən çıxıb, tapan olsa, mənə bildirsin. Onu da deyim ki, Yusif bəy tanınmış alimdir, Hunların Azərbaycanla əlagəsi haqqında çox dəyərli kitab yazıb, mən də bir neçə yazımda o kitabdan sitatlar vermişəm. İnanmıram ki, özünün təklif etdiyi debatdan qaçsın, ancaq tapılmır”.
Günel GÜNTAC